“Kəpəz”in hücumçusu ili erkən başa vurdu

“Kəpəz”in zədəli futbolçusu Viktor Oseqeylin vəziyyətinə aydınlıq gəlib.

Newsport.az xəbər verir ki, MRT müayinəsindən keçən hücumçunun ön çarpaz bağında cismi qopma aşkarlanıb. Klubun tibbi personalından verilən məlumata görə, Oseqeyl qarşıdakı oyunlarda komandaya kömək edə bilməyəcək. Onun müalicəsi təxminən ayyarım vaxt tələb edir.

Qeyd edək ki, Viktor Oseqeyl Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində “Səbail” ilə görüşdə zədələnərək əvəzlənmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right