Həbib Ağayev: "Oyunçularımla fəxr edirəm"

Azərbaycan kubokunun 1/8 final mərhələsində səfərdə “Qarabağ”a uduzaraq (0:2) mübarizəni dayandıran “Qaradağ Lökbatan”ın baş məşqçisi Həbib Ağayev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
 
Newsport.az xəbər verir ki, Ağayev öncə oyunla bağlı fikirlərini bildirib:
 
- Oyunçularımla fəxr edirəm ki, belə bir oyun oynadı. “Qarabağ” Çempionlar Liqasında çıxış edir. Bu oyun bizim üçün yaxşı, böyük təcrübə oldu.  
 
- Bir müddət çox yaxşı oynadız. Ancaq komanda son zərbəni vura bilmirdi. Bu, nə ilə bağlıdı?
- Bizdə birinci dəstədə qrafik çox sıxdı. Həm də, ilk dəfə bu cür səviyyədə rəqibə qarşı çıxış etdik. Elə futbolçularımız var ki, indiyə kimi Premyer Liqada oynamayıblar. Buna görə, rəqibdən bir qədər çəkinirdilər. Vaxt keçdikcə, bu, aradan qalxacaq.
 
- Komandanın qarşısına nə məqsəd qoymuşduz?
-  Onlara öz oyunlarını nümayiş etdirmələrini bildirmişdim. Fikrimcə, futbolçularım yaxşı çıxış etdi.
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right