"Qarabağ"ın müdafiəçisinin son vəziyyətinə aydınlıq gəlib

Azərbaycan Premyer Liqasının 13-cü turunda səfərdə “Zirə” ilə matçında (2:3) zədələnərək sıradan çıxan müdafiəçi Ansi Aqollinin son vəziyyətinə aydınlıq gəlib.

Newsport.az xəbər verir ki, "Qarabağ"ın albaniyalı müdafiəçisi bü gün  Azərbaycan kuboku çərçivəsində  “Qaradağ Lökbatan”la oynanılacaq matçı buraxmalı olacaq. Lakin klubdan edilən açıqlamaya görə 35 yaşlı futbolçunun zədəsi elədə ciddi deyil. O, sabahdan komanda ilə məşqlərə başlayacaq. 

Qeyd edək ki,  “Qarabağ” – “Qaradağ Lökbatan” matçı bu gün saat 16:00-da “Azərsun Arena”da keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right