"Bu, bizə də müəmmalı qalır" - Rail Məlikov

“Əlimizə düşən imkanları dəyərləndirə bilmədiyimiz üçün son oyunlarda qələbə qazana bilmirik”.

Newsport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın müdafiəçisi Rail Məlikov deyib.

Təcrübəli futbolçu komandasının son oyunlarda uğursz nəticə qazana bilməməsindən danışıb. O, fikirlərini belə izah edib: “Dediyim kimi, son oyunlarda fərqlənə bilmirik. Bu, bizə də müəmmalı qalır. Ardıcıl bir neçə oyundu ki, imkanlardan yararlana bilmirik. Şanslarımız olur, istifadə etməkdə çətinlik çəkirik”.

Mərkəz müdafiəçisi “Sumqayıt”ın ehtiyat qüvvəsinin az olması fikiri ilə razı deyil: “Deməzdim ki, ehtiyatda zəif oyunçularımız var. 21 yaşlılardan ibarət milli komandamızın bir neçə oyunçusu bizimlədi”.

Qeyd edək ki, "Sumqayıt" Azərbaycan Premyer Liqasının XIII turunda "Səbail"lə qolsuz heç-heçə edib.

 futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right