"Qəbələ"nin zədəliləri sıraya döndü

Azərbaycan Premyer Liqasının XIII turunda səfərdə “Kəpəz”i məğlub edən "Qəbələ"nin heyətində zədəli futbolçu qalmayıb.

Newsport.az saytının məlumatına görə, “qırmızı-qaralar”ın zədədən əziyyət çəkən iki oyunçusu da sıraya dönüb.

Söhbət Rasim Ramaldanov və Endi Hallideydən gedir. Hər iki futbolu artıq komanda ilə məşqlərə start veriblər. Hər iki oyunçu ölkə kubokunun 1/8 final mərhələsində “Mil-Muğan”la matça hazırdı.

Qeyd edək ki, “Qəbələ” – “Mil-Muğan” qarşılaşması noyabrın 29-da keçiriləcək. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right