“Keşlə”nin baş məşqçisi dəyişdi: Yenidən Əliyev dönəmi başladı

“Keşlə” klubunun əvəzedici heyətinin yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az xəbər verir ki, klub rəhbərliyinin qərarına əsasən Rüstəm Əliyev  baş məşqçi postuna gətirilib və gənc mütəxəssis artıq işinin icrasına başlayıb. Ona Nadir Əliyev və Məqsəd Yaqubəliyev kömək edəcəklər.

Əvəzedici heyətin sabiq baş məşqçisi İlqar Hüseynov isə bundan sonra klubun akademiyasına rəhbərlik edəcək. Məlumat üçün bildirək ki, Rüstəm Əliyev bundan öncə "İnter"in əvəzedici heyətində uğurlu nəticələrə imza atıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right