“Qarabağ”a həddindən artıq hörmət etdik” – Jozef Bum

“Zirə”nin kamerunlu müdafiəçisi Jozef Bum Azərbaycan Premyer Liqasının XIII turunda “Qarabağ”a 2:3 hesabı ilə uduzduqları oyundan sonra müsahibə verib. Qarşılaşma ilə bağlı danışan futbolçu görüşün baş hakimi Fariz Yusifovun idarəçiliyinə də toxunub.

- Oyunla bağlı nə deyə bilərsən?

- Ola bilsin, nəsə deyərəm. Amma qalsın. Çünki çox əsəbiyəm.

- Əsəbilik nəticəyə görədir, yoxsa hakimliyə?

- Hər şeyə görə. Həm hakimlik, həm nəticə. Evdə uduzmağımız mənə çox pis təsir etdi.

- İlk hissədə müdafiədə oynasanız da, ikinci yarıda hücuma daha çox fikir verdiniz. Bunun sayəsində də qollar vurdunuz...

- Bəli, 2 fərqli hissə oldu. Hansı aspektlərdə “Zirə”nin yaxşı, hansı məqamlarda pis oynadığını müşahidə etdiniz. İkinci hissədə əsl “Zirə”ni meydanda gördük.

- Niyə ilk dəqiqələrdən bu cür oynamadınız? “Qarabağ”dan çəkinirdiniz?

- Mən bunu qorxu ilə əlaqələndirməzdim. Bəzən inam, istək az olur. İlk dəqiqələrdən komandada məhz inam gözə çarpmırdı. Amma sonrakı dəqiqələrdə futbolçularımız istəklərini nümayiş etdirdi. Digər tərəfdən, “Qarabağ”a həddindən artıq hörmət etdik.

- Görüşün baş hakimi Fariz Yusifovun idarəçiliyindən razı qaldın? Baş məşqçiniz Ayxan Abbasov hakimlərin, xüsusilə də laysmanın qərarları zamanı tez-tez özündən çıxırdı...

- Baş məşqçimiz uduzmağı sevmir. Ona görə də tez-tez əsəbiləşirdi. O bilər ki, “Qarabağ” topla oynamağı sevən komandadır. Rəqibə boş zona buraxmamağımızı tapşırırdı. Hakimin tez-tez oyunu saxlaması məni özümdən çıxarırdı. Heç kim uduzmaq istəməz. Biz isə hesabda geridə idik. Bu mənada, müəyyən qədər aqressiya hiss olunurdu. Baş məşqçinin meydanda olanlara, hakimin qərarlarına baxıb əsəbiləşməsi isə normal haldır.

qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right