Məhsuldarlığı ilə bol 13-cü tur

Azərbaycan Premyer Liqasında yeni məhsuldarlıq rekordları qeydə alınıb.

Newsport.az xəbər verir ki, 13-cü turda qapılara 16 qol vurulub ki, bu da cari mövsümün ən yüksək göstəricisidir. Həftəsonu baş tutan qarşılaşmalarda orta hesabla 4,00 top qeydə alınıb. “Kəpəz” - “Qəbələ” matçında (1:6) yeddi, “Zirə” – “Qarabağ” görüşündə (2:3) beş, “Neftçi” – “Keşlə” oyununda (3:1) dörd qol vurulub. Yalnız “Sumqayıt”la “Səbail” arasında qarşılaşmada tamaşaçılar qol görməyib. Bunadək rekord 13 qolun vurulduğu 1 və 12 turlara aid idi. Həmin turlarda orta məhsuldarlıq 3,25 olub. Bu rəqəmin 4,00 və ya daha yüksək olması sonuncu dəfə ötən mövsümün 27-ci turunda yaşanıb. Nəticəsi ləğv olunan qarşılaşma hesaba alınmasa, 7 ay əvvəlki turun 3 görüşündə 13 qol vurulmuşdu. Yəni məhsuldarlıq 4,33-ə bərabər idi.

Arxada qalan turun “Kəpəz” – “Qəbələ” oyununda 7 topun vurulması da mövsümün rekordudur. Bunadək cari mövsümdə bir oyunda 5-dən artıq qol qeydə alınmamışdı. 7 və ya daha çox qol vurulan son matç ötən mövsümün 27-ci turunun “Qəbələ” – “İnter” görüşü olub. Meydan sahibləri 215 gün əvvəl aprelin 24-də keçirilən qarşılaşmada 4:3 hesabı ilə qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right