13-cü tur Ansi Aqolli üçün əlamətdar olub

Azərbaycan Premyer Liqasının 13-cü turunda “Qarabağ” səfərdə "Zirə"nin qonağı olub.(3-2) Həmin görüş "köhlən atlar"ın futbolçusu Ansi Aqolli üçün əlamətdar olub.

Newsport.az xəbər verir ki, albaniyalı müdafiəçi Azərbaycan çempionatlarında yubiley – 200-cü matçını keçirib. 35 yaşlı legionerin yubileyi “Zirə” ilə səfər qarşılaşmasına (3:2) təsadüf edib. 2010/11 mövsümündən “Qarabağ”da çıxış edən Ansi ölkəmizdə yalnız bir klubda çıxış edib. Nəticəsi ləğv olunan matçlar nəzərə alınmamaqla keçirdiyi 200 oyunun hamısına  “Qarabağ” formasında çıxan müdafiəçinin hesabında 3 qol var.

Qeyd edək ki, Ansi Azərbaycan çempionatlarında 200 və daha çox oyun keçirən 7-ci legionerdir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right