Coşqun Diniyev: "Mənə görə ən önəmli, onun işi yox, sağlamlığıdır" Müsahibə

Bu gün Azərbaycan Premyer Liqasının 13-cü turunda "Qarabağ" "Zirə"nin qonağı olub və 3-2 hesabı ilə qalib gəlib.

Biz burada birinci yerə yaxınlaşmaq, hətta birinciliyi əldə etmək istəyirdik. Onun üçün də digər komandalara baxanda, “Zirə” ilə oyunlarımız həmişə çətin alınır. Mövsümün sonunda çempion olmaq istəyiriksə əsas rəqiblərimizdən biri olan “Zirə”ni məğlub etməli idik.

Newsport.az xəbər verir ki,  bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Coşqun Diniyev "Zirə" ilə oyunsonrası jurnalistlətrə verdiyi müsahibəsində bildirib.

-İki fərqli hissə izlədik, ilk hissə “Qarabağ”ın üstünlüyü şəraitində keçdi. Lakin ikinci hissədə vəziyyət tam dəyişdi. Hətda deyərdim “Zirə”nin üstünlüyü şəraitində keçdi. Bu nə ilə bağlı idi? Bəlkə “Çelsi”nin yorğunluğu komandanın üstündən keçməyib ?

-Yox demək olmaz yorğunluq var idi. Bəlkə də digər oyunçular yorğun idi, onlar oynamışdılar. Mən isə az çıxış etmişdim. İstər-istəməz hər bir komanda 90 dəqiqə oyunu eyni tempdə apara bilməz. Əsas məsələ sonda üç xal qazanmaq idi, bunu da biz bacardıq.

-“Qarabağ”da az forma geymə şansın olur, “İnter”də daha çox çıxış etmək imkanın olurdu heyətdə, darıxmırsanki stabil olaraq forma geymək üçün?

-Düzü hər oyunçu bunu istəyər. Mən də ehtiyyatda qalanda hər bir oyunçu kimi pis oluram. Amma yenə də deyirəm, burada oyunçu kimi özünü göstərməyib, qaçıb çıxıb getmək mənə yaraşmaz. Çalışacam özümü sübut edim. İnanıram ki, “Qarabağ”da özümü doğrultub, burada qalacam.

-Almeydanan ortada oynayanda bir birinizi yaxşı başa düşürsüz, ancaq Miçelnən bu alınmır nədənsə, həmişə mübahisələriniz olur. Nə baş verir ? 

-Biz artıq öyrəşmişik. Bütün komanda, futbolçular bilir ki, o, meydanda tamam ayrı futbolçu olur, meydandan kənarda tamamayrı bir insan olur. Bizim aramızda nəsə konfilikt yoxdu. Sadəcə oyun olur və hisslərinə qapılır. Təbbiki hamısı meydanda qalır.

-Yəqin ki, “Çelsi”yə böyük hesablı məğlubiyyətdən sonra, bu qarşılaşmaya hazırlaşmaq çətin olardı sizin üçün. Həm psixoloji tərəfdən, həm də hakimin haqsız qərarı olsun. Bu oyuna hazırlaşmaq nə dərəcədə çətin idi?

-Əslində o, tip oyunlar bizi möhkəmlədir. “Qarabağ”da mən heç vaxt belə problem sezməmişəm ki, psixoloji olaraq sınsın və yaxud da oyuna hazırlaşa bilməsin. Əksinə bu bizi möhkəmlədir.

Şahin Diniyevin “Kəpəz”dən gedişi ilə bağlı nə deyə bilərsən? Sənə təəsir etdimi? Hər halda atandı

-Profisional cəhətdən desək bunu gözləmirdim. Aancaq emosialara qapılıb desəm, açığı mən sevindim onun istefa verməinə. Çünki qıraqdan baxanlar bunu hiss etmirlər, lakin mən atamın yanında olduğuna görə bunu görürdüm.

-Hal-hazırda necədi? Stress filan oldumu?

-İstefadan sonra sakit həyat yaşayır. Bu da mənim üçün xoşdu. Mənə görə ən önəmli, onun işi yox, sağlamlığıdır.

-Axırıncı oyun “Kəpəz”in məğlubiyyətindən sonra nə dedi?

-Məşqlərdə olduğumdan atamla görüşməmişəm. Aancaq onu deyə bilərəm ki, onlarda tək məşqçidən asılı deyil vəziyyət, oyunçular da çox çalışmalıdırlar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right