Samir Əliyev: "İmkanlarımız olsa da, yararlana bilmədik”

Bu gün Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində "Sumqayıt" evdə "Səbail"i qəbul edib.

Newsport.az xəbər verir ki, matç qolsuz bərabərliklə başa çatıb. Oyunsonrası mətbuat konfransında qonaqların baş məşqçisi Samir Əliyev jurnalistlərin suallarını cavablandırıb.

O, bildirib ki,  “Çətinlik çəkdik. Qələbə qazana və məğlub ola bilərdik. İmkanlarımız olsa da, yararlana bilmədik”.

- Hakim idarəçiliyindən razı qaldınız?

- Bu barədə danışmaq istəmirəm. Hakimlərə AFFA-da qiymət veriləcək. Amma oyun epziodu zamanı emosiyalar olur, bunu normal qarşılamaq lazımdı.

- Elman Taqayevin oyununda geriləmə var.

- Elman zədəli idi. Fikrimcə, tam hazır deyil, amma məcburiyyətdən şans verdim. Düşünürəm ki, gələcək oyunlara qədər formasını bərpa edəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right