Filib Ozobiç: " "Qarabağ"a çatmaq mümkün olacaq" Müsahibə

Azərbaycan Premyer liqasının XIII turu çərçivəsində "Qəbələ" "Kəpəz"i səfərdə 6:1 hesabı ilə məğlub edib.

 

Newsport.az xəbər verir ki, "Qəbələ"nin futbolçusu Filip Ozobiç matçdan sonra jurnalistlərin suallarını  cavablandırıb.

 

- Zədədən sonra özünü necə hiss edirsən?

- Hələ 100 faiz hazır deyiləm. Zədədən sonra bu ilk oyun idi. Əsas odur ki, artıq ağrılarım yoxdur. 

 

- Öz optimal formanı nə zaman bərpa edəcəksən?

- Düşünürəm ki, qış təlim-məşq toplanışından sonra formamı bərpa edə biləcəm. Hazırda bacardığım qədər komandama kömək edəcəm. Heyətdə yaxşı formada olan futbolçularımız var.

 

- Səncə, qış fasiləsində öz optimal formanı bərpa etmək üçün kifayət qədər oyun sayı olacaq?

- Fikrimcə, kifayət edəcək. Özümə güvənli olacam və oynamağa hazır olacam.

 

- "Qəbələ" "Qarabağ"dan geri qalır. Onlara çatmaq mümkün olacaqmı?

- Hələ sona 15 tur qalıb. Çox xal qazana bilərik. "Qarabağ"a çatmaq mümkün olacaq. Hər şey ola bilər. 

 

- Xorvatiya mətbuatında Azərbaycan vətəndaşlığı almağı və millimizdə oynamaq istədiyini bildirmisən...

Xorvatiyalı həmkarlarınız məsələni bir qədər şişirdiblər. Sadəcə, bildirmişəm ki, digər ölkənin vətəndaşlığını qəbul etmək üçün ən azı 5 il həmin çempionatda çıxış etməlisən və hələ ki, bu barədə düşünməyin olduqca tez olduğunu dilə gətirmişəm.

 

- 5 il Azərbaycanda oynayıb, sonra isə millimizin şərəfini qorumaq istəyərdin?

-  Azərbaycandan məmnunam. “Qəbələ”dəki şərait də məni qane edir. Klub rəhbərliyi ilə yayda başa çatacaq müqavilə müddətinin uzadılması ətrafında müəyyən danışıqlarımız olub. Bundan artığını demək hələ ki, tezdi.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right