"Kəpəz" - "Qəbələ" oyununda rekord yaşanıb

Azərbaycan Premyer Liqasında 13-cü turun oyunlarıkeçirilib.

Newsport.az xəbər verir ki, turun açılış günü iki oyun baş tutub. Belə ki, "Kəpəz"  Gəncə Şəhər Stadionunda "Qəbələ"ni qəbul edib. Yeni baş məşqçi Yunis Hüseyinovun idarəliçiyi altında meydana çıxan kollektiv, meydanı darmadağın ilə tərk edib. (1-6)  Nəzərinizə çatdıraq ki, bu qarşılaşma həmdə rekordla əlamətdar olub. Günün ilk qarşılaşmasında  mövsümün ən tez qolu vurulub. Qonaqların hücumçusu Baqali Dabo görüşün birinci dəqiqəsində hesabı açıb. Bu qol mövsüm ərzində vurulan ən erkən qol olub.

Xatırladaq ki, legioner hücumçu mövsümdəki 7-ci qolunu 26-cı saniyədə vurub. Bu qola qədər ən erkən qollar 3-cü dəqiqədə Milan Duriç və Mirabdulla Abbasovun hesabına yazılıb

Qeyd edək ki, turun digər qarşılaşmasında "Neftçi" Çempionatda heç də yaxşı təsir bağışlamayan "Keşlə"ni qəbul edib və 3-1 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right