"Komanda dəyişməkdən yorulmuşam" Emin Mahmudov

"Neftçi"nin futbolçusu Emin Mahmudov Azərvaycan Premyer Liqasının 13-cü turunda "Keşlə"yə 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra Newsport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

- İki oyundan sonra qalib gələ bildiniz. Matçla bağli nə deyə bilərsən?

- İstəkli idik. Bu iki məğlubiyyətdən sonra çox önəmli idi. Təbii ki, uğurun da tərəfində olması vacibdi.  Məsələn, “Qəbələ” ilə oyunda bəxt tərəfimizdə deyildi. Halbuki onda da xeyli qol imkanımız oldu, amma istifadə edə bilmədik. Bu dəfə istifadə edə bildik. Daha çox qol vurmaq olardı.

- Ancag hesab 2-1 olanda ikinci qolu buraxa bilerdiniz. Nə baş vermişdi ikinci yarıda? 

- 2-0 olanda bir az rahatladıq. Halbuki əksinə hesabı artırmalı idik. Ancaq üstünlük "Keşlə" tərəfə keçmişdi. Bunun üzərində işləməliyik. Bu cür situasialarda üstunlüyü rəqibə verməməliyik. Üstünlüyümüzü daha da artırmaq yolunda işləmək lazımdı. Heç-heçə də ola bilərdi. Onda heç kim deməzdi ki, biz yaxşı oynadiq.

- Artıq əsas heyətdə yerini tutmusan. Özünü tam hazır hiss edirsən?

-  Fiziki durumum normaldı. Çoxdan idi oynamadığıma görə, yükləmələri gedir. Bərpa olmaq üçün bu vacibdi. ÖZümü yaxşı hiss etdiyimi deyə bilərəm.

- Çempionatımizda səkkiz komanda var. Oyunlar az olur. Maraqsız deyilmi liqamızda oynamaq?

- Oyunlar azdı və eyni rəqibə garşı tez-tez oynayırıq. Hər dəfə eyni rəqiblə qarşılaşırıq. Bizim işimiz həmin oyunlarda yaxşı nəticə qazanmaqdı. Xüsusilə region komandalarının çox olmasını istərdim. Çünki bölgələrdə stadiona daha çox azarkeş toplaşacaq. Neynəyək, indi nə var onunla kifayətlənirik. Gələcəkdə bunun qaydasına düşəcəyinə inanıram. Bölgə təmsilçiləri çox olsa, futbolumuz da inkişaf edəcək.

- Rusiyalı menecerlərdən və ya klublardan sene zeng gelir? Qışda komandanı dəyişə bilərsən?

- Komanda dəyişməkdən yorulmuşam. Hal-hazırda stabil olaraq oynayıram və bunu davam etdirmək istəyirəm. Müqaviləm var və burada oynamaq istəyirəm.

- Qurban Qurbanovun milliyə təyinatından sonra onun gözünün qabağında oynamaq daha yaxşıdı.

- Bu haqda danışmağın mənası yoxdu. İndi millinin oyunu yoxdu. Ona görə də belə suallar haqda düşünmək istəmirəm.

- Ancaq yanvarda ilk toplanış olacaq..

- İndi “Neftçi”ni yüksəltmək haqda düşünürəm. Biz yaxşı oynasaq, formada olsaq, baş məşqçi də dəvət göndərəcək. Ona görə əsas diqqətimi “Neftçi”nin uğur qazanmasına yönəldirəm.Yığma haqda düşünmək tezdi. Hər şeyin öz vaxtı var.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right