"Yunis Hüseynovun debütündə belə olmasını istəməzdik" Davud Kərimi

"Kəpəz" Topaz Premyer Liqasının 13-cü turunda evdə "Qəbələ"yə 1:6 hesabı ilə uduzub.
 
Newsport.az xəbər verir ki, oyundan sonra Gəncə klubunun qolkiperi Davud Kərimi jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli əlcək sahibi ilk olaraq oyun haqda danışıb:
 
- Danışılası söz yoxdur. Hər şey göz qabağındadır. Bilirdik ki, bizdən istəkli idilər. Çünki Gəncəyə bizdən tez gəlmişdilər.  Həm də son 3 oyunda bizə qalib gəlməmişdilər. Çətin olacağını dərk etmişdik. Belə olacağını gözləmirdik. Çox məyusuq. Yunis Hüseynovun debütündı belə olmasını istəməzdik. Öz səhvlərimizdən uduzuduq.
 
- Komandada motivasiya yox kimi idi...
- Biz çox istəkli idik. Ola bilər ki, “yandıq”. 1-ci dəqiqədə vuraln qol bizi “sındırdı”. Daha sonra mənim etdiyim səhv uşaqları ruhdan saldı. İnanıram ki, bundan nəticə çıxarıb növbəti oyunları yaxşı keçirəcəyik.
 
- Bu nəticə ilk oyundakı qələbənin təsadüf olduğunu göstərdi?
- Xeyr, onlar həmin oyunda da istəkli idilər. Son pillədən qurtulmaq istəyirik. Hər məğlubiyyət bizi geri salır. Yunis müəllimin gəlişinə görə uduzmaq istəmirdik. Lakin alınmadı.
 
- “Kəpəz” ətrafında gəzən söz-söhbətlər komandaya necə təsir?
- Bunların futbolçulara aidiyyatı yoxdur. Bu, yuxarı səviyyədə olan söhbətlərdi. Şahin müəllimin gedişindən sonra yeni nəfəs lazım idi və Yunis Hüseyov komandaya gəldi.
 
- Yunis Hüseynov oyundan sonra sizə nə söylədi?
- Bildirdi ki, bu komanda ilə həmin “Qəbələ”yə qarşı yaxşı oyun nümayiş etdirəcəyik. Əlavə etdi ki, bütün komandalara qarşı başağrısı olacağıq.
 
- Adına yaraşmayan qollar buraxdın...
- 2-ci qolda topu tez tutaraq oyuna başlamaq istədim. Lakin topa sahib ola bilmədim və Monrozun qarşısına düşdü, o  da qapını dəqiq nişan aldı. Kobud səhv etdim. 4-cü qolda kobud səhvimin olduğunu deməzdim. Qabaqda durmuşdum, müdafiəçimizin səhvindən sonra Dabo topu başımın üstündən atdı.
 
- Erkən qola görə ruh düşkünlüyü var idi, yoxsa matçdan öncə də belə idiniz?
- Xeyr, biz Yunis müəllimin ilk oyununda uduzmaq istəmirdik. Məsuliyyətli yanaşırdıq. Rəqiblərimizdən aralanmaq istəmirik. Alınmadı, ilk qol pis təsir etdi. Ardından mən səhv etdim. 
 
- “Kəpəz” yeni qazonda istədiyi kimi oynamır. Ancaq kələ-kötür stadionda klublara başağrı idiniz. “Kəpəz” normal stadionda futbol oynaya bilmir?
- Mən də fikirləşirəm ki, bu stadionda ötən mövsüm ancaq “Qarabağ”a uduzmuşduq. Rəqiblər Gəncədən 3 xalla qayıtmırdı. Özümüz də məəttəlik ki, nə baş verir. İnanıram ki, yaxşı nəticələr qazanacağıq. 3 futbolçumuzun olmaması da öz sözünü ciddi olmasa da, dedi.
 
- Yunis Hüseynovla Şahin Diniyev fəlsəfələrində nə fərq var?
- Şahin müəllim müdafiədən oyun qururdusa, Yunis Hüseynov hücumameyilli oyun istəyir.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right