Ramiz Məmmədov: "Əgər onları açıqlasam, böyük partlayış olacaq"

“Futbolçularımız öz potensiallarından çox aşağı səviyyədə çıxış edirlər”. Newsport.az saytının məlumatına görə, bu sözləri “Keşlə”nin baş məşqçisi Ramiz Məmmədov deyib.

Qəsəbə təmsilçisi Azərbaycan Premyer Liqasının XIII turunda səfərdə “Neftçi”yə məğlub olub.

Oyndan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Nizami Hacıyev zədəli idi. O, məsuliyyətini dərk edir. Mənə yaxınlaşdı və dedi ki, bütün gücümü ortaya qoyuram. Gördüm ki, yorğundu, zədəsi oynamağa imkan vermir, ona görə əvəzlədim”.

- Futbolçuların aşağı səviyyədə çıxış etdiyini dediniz. Bu, nə ilə bağlıdır?

- Səbəbi başqa yerdə axtarmaq lazımdı. Əgər onları açıqlasam, böyük partlayış olacaq.

- Sanki futbolçular oynamaq istəmirlər. Bu fikirlə razısınız?

- Bəzi futbolçular var ki, onlarla söhbət edəcəyəm. Bu məsələni komanda daxilində müzakirə edəcəyik.

- Bilirik ki, FİFA “Keşlə”yə transfer qadağası qoyub. Bəlkə futbolçular start heyətində yerlərini təmin etdikləri üçün oynamırlar?

- Özünüz transer qadağamız olduğunu bilirsiniz. Bəzi futbolçular artıq indidən qış fasiləsinə yollanıblar. “Keşlə”ni kökündən dəyişmək lazımdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right