Tərlan Əhmədov: “Onu ona görə dəyişdim ki, digər futbolçulara da dərs olsun”

“Komandamızı qələbə münasibəti ilə təbrik edirəm”. Newsport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov deyib.

“Ağ-qaralar” Azərbaycan Premyer Liqasının XIII turunda öz meydanına “Keşlə”ni 3:1 hesabı ilə məğlub edib.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bilirib: “Hücumda maksimum yaxşı oynamağa çalışsaq da, hələ də çatışmazlıqlar var. Oyunmuz xoşuma gəlməsə də, nəticədən razıyam”.

- İqnasio əvəzlənən zaman xoşagəlməz hərəkət etdi və çox əsəbləşdiniz.

- Meydançada rəqibə hörmətlə yanaşmaq lazımdı. Hesabda öndə olsaq da, arxayınlaşmamalıyıq. İqnasionu ona görə dəyişdim ki, digər futbolçulara da dərs olsun.

- Matçın sonunda Seqoviya ilə danışdınız. Maraqlıdı, ona nə dediniz?

- Dedim ki, növbəti oyunlarda ona şans verəcəyəm. Seqoviya başa düşdü və mənə təşəkkürünü bildirdi.

- “Neftçi” qol epizodlarını sağa-sola xərcləyir. Bununla bağlı tədbir görmüsünüz?

- Bütün fikrimiz hücumla bağlıdı. Hücum xəttini mükəmməl etməliyik. Futbolda yaradılan bütün qol imkanlarından da istifadə etmək mümkün deyil. Gələcək üçün başqa planlarımız var. Komandaya yeni nəfəslər cəlb olunandan sonra daha çox bu məsələ haqda düşünəcik. Bundan başqa, müdafiə də məni çox düşündürür. Son oyunlarda çox qol braxırıq. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right