"Kəpəz" - "Binə" matçı Gəncədə keçirilməyəcək

Azərbaycan kubokunun 1/8 final mərhələsinin təqvimində dəyişiklik edilib. 

Newsport.az saytının məlumatına görə, “Kəpəz” – “Binə” matçının yeri dəyişdirilib. Noyabrın 29-da keçiriləcək qarşılaşma Gəncə şəhər stadionunda deyil, Bakıda olacaq.
 
Qeyd edək ki, bu dəyişiklik “Kəpəz”in Peşəkar Futbol Liqasına müraciəti əsasında gerçəkləşib. Gəncə təmsilçisi ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunda qarşılaşmaların ardıcıl  reallaşdığını əsas gətirərək “Binə” ilə matçının yerinin dəyişdirilməsini xahiş edib. “Kəpəz”in müraciətini və “Binə”nin razılığını əsas götürən PFL matçın “Dalğa Arena”da oynanılmasına qərar verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right