“Neftçi” “Keşlə”nin daha bir futbolçusunu transfer edir

Qış fasiləsi yaxınlaşdıqca klublar transefr bazarında fəallaşmağa başlayər. Fasilədə heyətə ən çox əl gəzdirəcəgi gözlənilən klublardan biri də “Neftçi”di.  

“Ağ-qaralar” artıq dövrə bitməmiş transferlərə başlayıb. Bakılılar bir neçə gün əvvəl “Keşlə”nin kapitanı Nizami Hacıyevlə anlaşmışdısa, indi də adıçəkilən komandanın başqa üzvü ilə razılaşıb.

Newsport.az saytının məlumatına görə, İlkin Qırtımovdu. Müdafiəçi ilə qışda il yarımlıq müqavilə bağlanılacaq. 

Qeyd edək ki, 27 yaşlı oyunçu 2015-ci ildən “Keşlə”də çıxış edir. Zaqatalalı Qırtımov hazırda fəaliyyətini dondurmuş “Simurq”un yetirməsidi. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right