“Zirə”də ciddi itki: Rumıniyada əməliyyat olundu

Medallar uğrunda mübarizə aparan “Zirə” klubu ciddi itki ilə üzləşib.

Newsport.az saytının məlumatına görə, komandanın əsas müdafiəçilərindən biri rumıniyalı Matey Qabriel əməliyyat olunub. Əməliyyatı dünən ölkəsində gerçəkləşən Matey hazırda həkim nəzarətindədir. Onun 3 həftədən sonra məşqlərə başlayacağı gözlənilir. Bu isə o deməkdir ki, Matey “Zirə”yə ancaq qış fasiləsindən sonra kömək edə biləcək. 

Qeyd edək ki, bir neçə gün öncə “Zirə”nin və Azərbaycan milli komandasının qapıçısı Anar Nəzirov da əməliyyat olunub. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right