Sabiq "İnter"li "Keşlə"də

“Keşlə”nin durumu hər kəsə bəllidir.

Transfer qadağasına görə futbolçu sarıdan korluq çəkən kluba yeni futbolçular hava və su kimi lazımdır. Ramiz Məmmədovun rəhbərlik etdiyi komandanın demək olar ki, hər mövqeyinə futbolçu lazımdır.

Newsport.az xəbər verir ki, “Keşlə” transfer çalışmalarına tanınan simadan başlayacaq. Belə ki, Azərbaycan milli komandasının sabiq üzvü, bir müddətdir ki, komanda ilə  məşq edən Vaqif Cavadov özü barədə müsbət fikir formalaşdırıb. Əgər hər hansı bir ciddi problem meydana çıxmasa, Cavadovla qış fasiləsində müqavilə imzalanacaq. 

Qeyd edək ki, Cavadov vaxtilə Kaxaber Sxadadzenin rəhbərlik etdiyi “İnter” kapitanı olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right