"Qəbələ" ilə oyun qabağı "Kəpəz"də itkilər var

Doğma meydanda "Qəbələ" ilə qarşılaşacaq "Kəpəz" bu oyuna itkilərlə hazırlaşır.

Newsport.az xəbər verir ki, komandanın heyətində zədəlilər var. "Səbail" ilə matçda dizi burxulan Viktor Oseqeyl məşqlərdə iştirak etmir. Məhəmməd Qurbanovun da ayağında ağrılar var. Oseqeyldən fərqli hazırlıq prosesinə qatılan yarımmüdafiəçi köhnə zədəsini yeniləyib.

Zədəlilərin fonunda məşqçilər korpusunu sevindirən məqam Ceyhun Cavadovun sağalmasıdır. Soyuqdəymə səbəbindən ötən turu buraxan yarımmüdafiəçi məşqlərdə səylə çalışır.

Qeyd edək ki, "Kəpəz" - "Qəbələ" oyunu Noyabrın 25-də Gəncə şəhər stadionunda keçiriləcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right