Millimizin üzvü klubunu dəyişir

Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz klubunu dəyişməyə hazırlaşır.

Newsport.az xəbər verir ki, forvard artıq bir rəsmi təklif alıb. Bu mövsüm Bursa klubunda əsas heyətdən kənarda qalan futbolçu Superliqa təmsilçisi “Yeni Malatyaspor”un maraq dairəsinə düşüb. Yanvarda heyətdə köklü dəyişikliklər etməyi planlaşdıran Malatya klubunun baş məşqçisi Erol Bulut transfer siyahısını rəhbərliyə təqdim edib. Bulut hücum xəttinin məhz Dənizlə gücləndirilməsini tələb edib. Dərhal hərəkətə gələn malatyalılar 29 yaşlı oyunçu ilə danışıqlara start veriblər.

Qeyd edək ki, Dəniz Yılmaz “Bursaspor”a 2016-cı ildə “Trabzonspor”dan keçib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right