İbrahim Şehiç komandasını ziyana saldı

Bildiyimiz kimi AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Newsport.az xəbər verir ki, həmin iclasda ağır cəza görən komandalardan biri də Ağdamın "Qarabağ" klubu olub. Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində "Köhlən atların" evdə  "Sumqayıt"la qarşılaşması zamanı birbaşa qırmızı vərəqə alan qapıçı İbrahim Şehiç bu hərəkətinə görə komandasını 2400 manat məbləğində ziyana salıb. 3 oyunluq cəza alan 29 yaşlı qolkiper üçün bununla da 2017-ci il başa çatıb.

Qeyd edək ki, həmin görüşdə qonaqların 5 oyunçusuda sarı vərəqə alıb və "kimyaçılar" 800 manat məbləğində cərimələnib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right