AFFA İntizam Komitəsinin iclası keçirilib

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Newsport.az xəbər verir ki, keçirilən iclasda 1-ci Diviziondakı oyunlara hüquqi qiymətlər verilib. Azərbaycan I divizionun IX turunun “Zaqatala” – “Turan Tovuz” matçının 45+1-ci dəqiqəsində “Turan Tovuz” klubunun futbolçusu Mehman Hacıyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub. 
 
“Binə” – MOİK matçının 57-ci dəqiqəsində qonaqların futbolçusu Cəmil Hacıyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub. Oyunun 81-ci dəqiqəsində “hərbiçilər”in futbolçusu Qərib İbrahimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə edilib. Matçın 81-ci dəqiqəsində “Binə”in futbolçusu Toure Morifere aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 160 manat cərimə olunub.
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right