Yunis Hüseyinov: "Azarkeşlər bütün olanlara baxmayaraq, klubun yanında olmalıdırlar" Müsahibə

“Kəpəz”in əsas komandasının baş məşqçisi təyin olunan Yunis Hüseynov açıqlama verib.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli məşqçi ilk növbədə təyinatı haqda danışıb: “Təyinata görə klub rəhbərliyinə minnətdarlığımı bildirirəm. Etimadı doğrultmağa çalışacağam".

Daha sonra klubun azarkeşləri haqda fikir bildirən yeni baş məşqçi, klubun fanatlarını komandaya dəstək olmağa çağırıb:

"Gəncə və “Kəpəz” mənim üçün çox doğmadır. Burada doğulmuşam, boya-başa çatmışam. Futbolda ilk addımlarımı da “Kəpəz”də atmışam. Mənim üçün elə karyeramı bu klubda başa vurmaq da önəmli olub. Gəncə futbol şəhəridir, azarkeşlər də bu idman növünü çox sevirlər. Təsadüfi deyil ki, “Kəpəz”in fanatları tamaşaçı sayına görə ölkədə 1-ci yerdədirlər. Elə azarkeşlik etmək baxımından da öndə gedirlər. Gəncəlilər həmişə futbolçulara dayaq, dəstək olublar. İnanıram ki, bundan sonra da onların dəstəyini hiss edəcəyik və azarkeşlərin istədiyi komandanı yaradacağıq. Azarkeşsiz futbol oynamaq çətin bir şeydir, özüm oynamışam və görmüşəm. Azarkeş olmayan yerdə futbolçu özünü rahat hiss etmir. İlk növbədə onların dəstəyi lazımdır. Son mövsümləri izləyirəm və görürəm ki, fanatlar yenə “Kəpəz”in yanındadırlar. Mən Gəncədə oynayanda da belə idi, indi də bu cürdür. Komanda SSRİ birinciliyində çıxış edəndə stadion həmişə dolu olub. Yaxşı da, pis də oynayanda azarkeşlər “Kəpəz”ə dayaq durublar. Onlara səslənib demək istəyirəm ki, yenə komandaya dəstək versinlər” deyib.

Qeyd edək ki, hal-hazırda Gəncə klubu 7 xalla turnir cədvəlinin sonuncu, 8-ci pilləsində qərarlaşır.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right