Rekordla əlamətdar 12-ci tur

Azərbaycan Premyer Liqasının 12-ci turu rekordla əlamətdar olub.

 

Newsport.az xəbər verir ki, keçirilən 4 qarşılaşmada 13 qol vurulub. Orta məhsuldarlıq 3,25-ə bərabər olub. Bununla da mövsümün rekordu təkrarlanıb. Arxada qalan 11 turda yalnız ilk turda məhsuldarlıq 3 və ya daha yüksək idi. Belə ki, I turda da keçirilən 4 matçda 13 qol vurulmuşdu.

 

Həmin rekordun təkrarlandığı XII turda “Qarabağ” “Sumqayıt”ı 2:0 yenibsə, “Keşlə” “Zirə”yə 0:1, “Kəpəz” “Səbail”ə, “Neftçi” “Qəbələ”yə eyni – 2:3 hesabı ilə uduzub. Maraqlıdır ki, rekordun qeydə alındığı ilk turda da, bunun təkrarlandığı XII turda da toplardan 6-nı meydan sahibləri, 7-ni qonaqlar vurub.

 

Qeyd edək ki, arxada qalan 12 turun 47 oyununda 112 top vurulub və orta məhsuldarlıq 2,38-ə bərabər olub.

tur

qol

oyun

məhsuldarlıq

I

13

4

3,25

II

6

4

1,50

III

8

4

2,00

IV

8

3

2,67

V

11

4

2,75

VI

11

4

2,75

VII

6

4

1,50

VIII

10

4

2,50

IX

6

4

1,50

X

9

4

2,25

XI

11

4

2,75

XII

13

4

3,25

Cəmi

112

47

2,38

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right