"Kəpəz"in yeni baş məşqçisi məlumdu SON DƏQİQƏ

“Kəpəz”in yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az xəbər verir ki, “Səbail”ə məğlubiyyətdən sonra, tutduğu postundan istefa verən Şahin Diniyevin ardından komanda yeni məşqçi axtarışlarını davam etdirirdi. Uzun sürən axtarışlardan sonra, Diniyevin əvəzləyicisi artıq məlumdu.

 Klubun idarə heyyəti Azərbaycan futbolunun tanınmış nümayəndələrindən biri olan Yunis Hüseynovla görüşərək razılığa gəlib. Hələki klubdan rəsmi açıqlama olmasada, bəzi mənbələrdən əldə etdiyimiz məlumatlara əsasən, Hüseyinovla ilkin razılıq əldə edilib. Çalışdırıcı ən azından mövsümün sonuna qədər “Kəpəz”ə rəhbərlik edəcək.

 Qeyd edək ki, futbolçu karyerasının böyük hissəsi “Neftçi”yə bağlı olsa da, Hüseynov Gəncə futbolunun yetirməsidir. Karyerasını məhz Gəncədə bitirən Hüseynov məşqçi kimi “Karvan”, “Standard” və “Xəzər Lənkəran”da çalışıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right