Millimiz qələbə qazanıb

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda qüvvəsini sınayıb.

 

Newsport.az xəbər verir ki, Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunmuş təlim-məşq toplanışında, ikinci matç günü Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb. Oyun yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın qolunu Umnisə Əliyeva vurub.

 

Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyun 2:2 hesabı ilə başa çatıb.  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right