Yunis Hüseynov və Hüseyn Məhhəmmədov "Kəpəz"də

Azərbaycan Premyer Liqasının 12-ci turunda "Səbail"ə məğlubiyyətdən sonra (3:2) "Kəpəz"in baş məşqçisi Şahin Diniyevin istefa verdiyi barədə məlumat vermişdik.

Newsport.az-ın məlumatına görə, artıq Diniyevin istefası klub rəhbərliyi tərəfindən qəbul edilib. Belə ki, "Kəpəz"in Müşahidə Şurasının dünən axşam saatlarında keçirilən iclasında yeni baş məşqçi ilə bağlı müzakirələr də olub. Və Yunis Hüseynovun bu posta təyin edilməsi ilə bağlı qərar verilib. Gəncəli mütəxəssislə danışıqlar uğurla yekunlaşıb. Böyük ehtimalla sabah Yunis Hüseynovun təyinatı sabah açıqlanacaq.

Əldə etdiyimiz məlumata görə, "Kəpəz"in məşqçilər korpusunda da dəyişikliklər olacaq. Qapıçılarla işləyən məşqçi Nadir Şükürovun əvəzinə Hüseyn Məhhəmmədov komandaya cəlb olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right