"Qarabağ"ın əsas futbolçusu əsgərliyə yollandı

Çempionlar Liqasında "Çelsi" ilə çətin oyuna hazırlaşan "Qarabağ"ın düşərgəsindən redaksiyamıza maraqlı informasiyalar daxil olmaqdadı. 

Newsport.az-ın məlumatına görə, Qurban Qurbanov daha bir futbolçusunu itirmək üzrədi. Belə ki, Ağdam klubunun gənc hücumçusu Elşən Abdullayev hərbi xidmətə yollanıb. Perspektivli futbolçu Bakıdakı hərbi hissələrdən birinə gedib-gəlir. 

Məlumata görə, klub rəsmiləri Elşənin işini elə Bakıda həll etmək istəyir. Buna səbəb kimi futbolçunun komandanın düşərgəsində olmasını, məşqlərdə iştirak etməsini göstərə bilərik. Güman ki, Abdullayev hərbi xidmət müddətini "Qarabağ"da oynaya-oynaya başa vuracaq.

Sportlife.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right