Ruslan Qurbanovdan etiraf: "Bəli, top məndən meydanı tərk etmişdi"

"Qəbələ" Azərbaycan Premyer Liqasının 12-ci turunda səfərdə "Neftçi" üzərində əzimkar qələbə qazanıb. (3:2)

Newsport.az xəbər verir ki, bu oyunda "Qəbələ"nin qapısında gördüyü ilk qoldan sonra hesabı barabərləşdirdiyi qola "Neftçi" etiraz etdi. Səbəb isə top "Qəbələ"nin hücumçusu Ruslan Qurbanova dəyərək meydanı tərk etsə də, hakim künc zərbəsi təyin etdi və qonaqlar hücumun davamında hesaba tarazlıq gətiriblər. Epizodda komandasına korner qazandıran Ruslan Qurbanov sosial şəbəkə hesabında həmin vəziyyətlə bağlı yazıb və hakimin səhvə yol verdiyini bildirib:

"Künc zərbəsindən sonra vurulan qol haqda bunları demək istəyirəm. Mən futbolçuyam və mənim vəzifəm futbol oynamaq, komandama xeyir verməkdir. Bəli, top məndən meydanı tərk etmişdi. Ancaq bu mənim səhvim deyil. İstəməzdim ki, buna görə hakimə ziyan dəysin. Penaltiyə gəlincə, yaxınlaşıb topu qapıya vurdum. Çünki bu mövsüm hələ fərqlənməmişdim. Hücumda oynadığım üçün mənim vəzifəm qol vurmaqdır. Bu, mənim ilk qolumdur! Bir neçə il "Neftçi"də oynamışam. Bu komandaya, azarkeşlərinə, rəhbərliyinə  "Forza Neftçi"yə hörmət edirəm. İstəmirəm ki, kimsə mənim haqqımda pis danışsın. Mənə elə gəlir ki, hər kəs başa düşəcək ki, bu, futboldur və mənim məqsədim hər oyunda qalib gəlməkdir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right