Ramin Quliyev “Sampdoriya”da! FOTOLAR

Azərbaycan milli komandasının sabiq üzvü, “Qəbələ”nin məşqçilər korpusunda yer alan Ramin Quliyev İtaliyaya yollanıb.

Newspor.az saytının məlumatına görə, gənc məşqçi PRO kurslarının tələblərinə əsasən futbol ölkəsinə üz tutub.

Məlumat üçün bildirək ki, PRO kurslarının əsas tələbləri arasında məşqçinin iki  xarici klubun düşərgəsində olması  var. Belə ki, PRO lisenziyasına sahib olmaq istəyən məşqçi 1 həftə əsas komandanın məşqində təcrübə keçməli, ikinci dəfə isə başqa bir klubun akademiyası ilə tanış olmalıdır. 

Ramin Quliyev hər iki təcrübə üçün İtaliyaya üstünlük verib. Çalışdırıcı A seriyasının iki klubun düşərgəsində olacaq. Veteran müdafiəçi əvvəlcə “Sampdoriya” klubuna yollanıb. Quliyev bu klubun əsas komandasının məşqlərində iştirak edəcək. Akademiya təcrübəsi üçün isə Quliyev “Cenoa”klubuna üz tutacaq.

Qeyd edək ki, Ramin Quliyev “Qəbələ”nin əvəzedici heyəti ilə uğur qazandıqdan sonra əsas komandaya cəlb olunub. Quliyev hazırda baş məşqçi Roman Qriqorçukun əsas köməkçilərindən biridir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right