"Neftçi"nin legioneri: "Qəbələ"nin ilk qolunda künc zərbəsi yox idi"

"Neftçi" Azərbaycan Premyer Liqasının 12-ci turunda evdə "Qəbələ"yə 2:3 hesabı ilə yenilib.
 
Newsport.az-ın məlumatına görə, oyundan sonra "ağ-qarların" yarımmüdafiəçisi İqnasio Errera jurnalistlərə müsahibə verib. Çilili futbolçu ilk olaraq məğlubiyyəti şərh edib:
 
- 65-ci dəqiqəyə öndə idik. Ancaq sonda məğlub olduq. Çox pis hisslər keçiririk. Məysuq.
 
- Hesabda iki dəfə önə keçib sonda uduzmaq nadir hallarda olur. “Neftçi”nin məğlubiyyətinə nə səbəb oldu?
- “Qəbələ”nin ilk qolunda künc zərbəsi yox idi. İkinci qolda isə penaltini verməmək də olardı. Özünüz də gördünüz ki, “Qəbələ” iki qolu necə vurdu.
 
- Qarşıdan qış fasiləsi gəlir. “Neftçi”də nə dəyişməlidir ki, komanda yaxşı oynasın?
- Deyə bilmərəm ki, nə dəyişsin. Məncə, biz düzgün yoldayıq. Çoxlu xallar qazanacağıq.
 
- Sanki bu oyunda istədiyin kimi pasla təchiz olunmurdun. Narazı görünürdün…
- Sırf nəticəyə görə narazıyam. Kiməsə narazılıq etmədim.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right