Roman Qriqorçuk: "Belə səhvlərə göz yummaq olmaz"

“Oyundan razııyıq. Hər şey pozitivdir”.

Newspor.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

“Qırmızı-qaralar” Azərbaycan Premyer Liqasının XII turunda səfərdə “Neftçi” üzərində çətin qələbə qazanıb – 2:3.

Matçdan sonra baş tutan mətbuat konfransında iştirak edən təcrübəli ukraynalı çalışdırıcı fikirlərini bildirib: “Əsəs olan qələbə idi və bunu qazanmağı bacardıq. Bu turda hamıdan gec oynadıq və əsas rəqiblərimiz qələbə qazanmışdı. Ona görə də qələbə bizim üçün ox önəmli idi”.

- Müdafiədə uzunboy oyunçularınılz olsa da, hər iki qolu künc zərbəsindən sonra buraxdınız. Bunun səbəbi nədir?

- Hava mübarzisində boy rol oynamır. Təbii ki, lap kiçik boyları nəzərə almıram, amma əsas olan boy deyil, mübarizədir. Təəssüf ki, hər iki qolu belə burxdıq. Əlbəttə, istəyərdik ki, hava mübarizəsində yaxşı oynayaq. Standar vəziyyətlər zamanı həyəcanlı oluruq.

- Hesab 2:2 olan zaman nə düşünürdünüz?

- Sonluq barədə düşünmürdüm. Tabloya baxırdım və görürdüm ki, vaxtımız var. Bilirdim ki, meydanda çox şey olcaq. Hisslərim analitik idi və düşünürdüm ki, nələr etmək lazımdır.

- Çox tez əvəzetməyə əl atdınız. Elvinin oyununda nədən narazı qaldınız?

- Cavab verməsəm də doğru olmur, versəm də. Belə deyim, oyunçuya qoldan əvvəl səhvini dedim, qol epizodnda da həmin səhvi göördüm və belə qərar vermək məcburiyyətində qaldım. Belə səhvlərə göz yummaq olmaz.  Amma bunu Elvinə verilən cəza kimi düşünməyin.

- Qış transfer pəncərəsi üçün hansı planlarınız var?

- Planlarımız kağız üzərindədir. Ötən il planladığımız yoldaşlıq oyunları baş tutmamışdı. Hələ ki, sizə dəqiq məlumat verə bilməyəcəm. Çünki konkret heç nə bilinmir.   

- İkinci dövrə sonlanır. Özünüzün ideal hesab etdiyiniz heyətinizi tapdınız? Hər hansı mövqedə boşluqlarınız var?

- Ötən il bu barədə problemlərimiriz oldu. Hal-hazırda bu barədə də sizə məlumat verə bilmərəm. Hələ görürəm ki, bizdə bu yöndə işlər gedir. Hələ futbolçular tam adaptasiya olmayıblar. Zədə və bir ox səbəblərdən gözləmədiyimiz şeylər olur. Qış tolantısından sonra heyətimiz daha yaxşı ola bilər və bu sual bizim üçün aydınlıq tapacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right