41-ci qarşılaşma bizə nə vəd edir?

Bu gün Azərbaycan Premyer Liqasının 12-ci turunun son oyunu keçiriləcək.
 
Newsport.az xəbər verir ki, turnir cədvəlindəki vəziyyətini düzəltmək istəyən "Neftçi", doğma meydanda çempionluqa iddialı "Qəbələ"ni qəbul edəcək. Bu günə qədər 41 dəfə qarşı qarşıya gələn komandaların oyununda qələbə sayına görə "ağ-qaralar"  "Qəbələ" futbolçularını üstələyir. Keçirilən qarşılaşmaların 14-də "qırmızı-qaralar" meydanı qalib tərk etsələrdə, 15 dəfə üzü gülən tərəf paytaxt təmsilçisi olub. Qalan görüşlərdə isə bərabərlik qeydə alınıb. Bugünkü qarşılaşmada Roman Qriqorçukun baş məşqçisi olduğu komanda status-kvonu bərpa etməyə çalışacaq. Komandalar arasında keçirilən son görüşdə qəbələlilərin 2-1 hesablı üstünlüyü var. 
 
12 turdan sonra Qəbələ" topladığı 22 xalla 3-cü pillədədir.  "Neftçi" isə ondan 9 xal geridə qalaraq 13 xalla 5-ci pillədə qərarlaşır. 
 
Qeyd edək ki, komandalar arasında görüş bu gün saat 17:00-da "Bakcell Arena"da keçiriləcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right