Luis Enrike PSJ-də?

“Barselona”dan ayrıldıqdan sonra işsiz qalan Luis Enrike məşqçilik fəaliyyətini bərpa etmək niyyətindədi

O, növbəti mövsümdən yenidən iş başında olmaq istəyir.

Newsport.az xəbər verir ki, Enrikenin bir neçə klubla danışıq apardığı bildirilir. 47 yaşlı çalışdırıcı İngiltərədə “Çelsi” və “Tottenhem” variantını nəzərdən keçirməyə hazırdı. Bundan əlavə, o, özünü PSJ və ya “Bavariya”da sınamaq arzusundadı.

Qeyd edək ki, məşqçiliyə 2008-ci ildə “Barselona”nın B komandasında başlayan Enrike daha sonra “Barsa”nın əsas komandası ilə yanaşı, “Roma” və “Selta”nı da çalışdırıb. 

 

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right