Təmkin Xəlilzadə: " Desək ki, qarşımıza çempionluq məqsədi qoymuşuq, özümüzü aldatmış olarıq" Müsahibə

Bu gün Azərbaycan Premyer Liqasının 12-ci turunda “Keşlə” “Zirə”ni qəbul edib və 0-1 hesabı ilə məğlub olub. Oyunsonrası mətbuat konfransında qonaqların müdafiəçisi Təmkin Xəlilzadə jurnalistlərin suallarını cavablandırıb. Qarşılaşma haqda fikirlərini bildirən oyunçu,  növbəti tur çətin "Qarabağ" səfərinə də toxunub.

Newsport.az sizə müsahibəni təqdim edir:

- Ənənəvi sualla başlayaq. Necə alındı oyun?

-Fasilədən sonra bu oyuna hazırlaşırdıq. Çünki rəqiblə həmişə səfər oyunlarımızda çətinliklə üzləşirik. Ancaq yenə də bu oyuna ciddi hazırlaşmışdıq. Ailə olaraq yığışdıq, məşqçilər, futbolçular, həkimlər rəhbərindən tutmuş hər kəs, bu oyunu müzakirə etdik. Çox şükürlər olsun ki, əziyyətimiz yerdə qalmadı və qalib gələ bildik.

-Son dəqiqələrdə “Keşlə” tempi artırmışdı və  az qala qol gəlirdi, onlara nə mane oldu qolun qarşısını almağa?

-Bu gözlənilirdi. Biz hesabda öndə idik və oyunun axırları istər istəməz əks hücumlara bel bağlayırdıq. Komanda şəkilində yaxşı müdafiə olunduq. “Keşlə”də tempi artırmalı idi, çünki həm evdə oynayırdılar, həm də hesabda geridə idilər, lakin uşaqlar yaxşı müdafiə olundu və çox şükür rəqib qol vura bilmədi.

-Son oyunlarda sənə qarşı kobudluq görürük bu nə ilə bağlıdı?

-Mən özüm də hiss edirəm (gülür), ancaq bu futboldu, özümü hər şeyə hazır edirəm. Düzdü oyunda ən çox mənə qarşı kobudluq edirlər, amma bacardığım qədər sakitliyimi qorumağa çalışıram.

-Deyirsiz çətin səfər oyunudu, amma sizə elə gəlmir ki, oyunu özünüz çətinləşdirirsiniz?

-Mənim özümün də yaxşı şanslarım oldu, komanda yoldaşlarımın da qol epizodları oldu. Onlardan yararlana bilsəydik ikinci hissədə daha fərqli oyun izləyə bilərdik.Çempionatda asan rəqib yoxdu. Bütün rəqiblər güclüdü, lakin bu rəqiblə oyunumuz alınmır,.Onun üçün də bu səfərə çətin səfər deyirik.

-Belə görsənir ki, digər komandalar mübarizə aparır, amma “Zirə” gözdən kənardadı. Sizdən Çempionluq və yaxud da ikinci yeri tutmağı gözləmək olarmı?

-Desək ki, qarşımıza çempionluq məqsədi qoymuşuq, özümüzü aldatmış olarıq. Bizim məqsədimiz hər oyun vuruşmaqdı. Qalib gələ bilmiriksə, maksimum məğlub olmamağa çalışırıq.Lakin bu gün ikinci yerdəyiksə, demək doğru yoldayıq.

-Qurban Qurbanovun təyinatı ilə bağlı nə düşünürsən? Səni milliyə dəvət edəcəyini fikirləşirsənmi?

-İlk öncə Qurban müəllimi bu münasibətlə təbrik edirəm. Azərbaycan futbolu üçün çox yaxşı bir addım idi bu. Milliyə dəvət olunmamağımı məşqçi ilə bağlamıram, özüm ilə bağlayıram. Futbolçu formada olandan sonra dəvət olunur istər istəməz. Mənim də özümündən asılıdı. Öz üzərimdə çox çalışsam, inşallah ki, dəvət olunacam.

-Növbəti tur çətin “Qarabağ” oyunu var, bu haqda fikirlərin nədi?

-Oyun bitən kimi məşqçi bildirdi ki, bu qələbə burada qalır, artıq “Qarabağ”la oyuna hazırlaşırıq. Bizi çox çətin oyun gözləyir. Rəqib haqda çox söz deməyə ehtiyyac yoxdu. Son dörd ilin çempionudurlar. Ancaq biz də evdə oynayacayıq, çalışacağıq ki, yaxşı nəticə əldə edək.

 

- "Qarabağ"ın sabiq futbolçusu olmusan. Adın tez-tez sabiq komandanla hallanır. Qışda və ya növbəti yay transfer pəncərəsində "Qarabağ"a keçidin mümkündür?

- Bu şayiələri mən də oxuyuram. Amma belə söhbət yoxdur. Çempionat ərəfəsində beynimə belə söhbətləri vermək istəmirəm. Mövsümün sonuna kimi "Zirə" ilə müqaviləm var. Burdakı işimi bitirib mövsümün sonunda masaya əyləşib, müqaviləni müzakirə edəcəyik. Özümü "Zirə"yə kökləmişəm.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right