Debütantın ilk Gəncə səfəri

Azərbaycan Premyer Liqasında 12-ci tura üç oyunla yekun vurulacaq. Bu günə iki oyun təyin edilib. “Keşlə” - “Zirə” qarşılaşması qeyri-ənənəvi vaxtda – saat 13-də başlanacaq. “İnter Arena”da keçiriləcək oyunun idarəçiliyi Ramil Diniyevə tapşırılıb.
 

Newsport.az xəbər verir ki, günün digər görüşü isə Gəncə şəhər stadionunda təşkil ediləcək. Orada yerli Kəpəz debütant Səbaili qəbul edəcək. Autsayderlər qrupundakı komandaların saat 15-də başlanacaq qarşılaşmasının baş hakimi Rauf Cabbarovdur. 12-ci tura sabah – noyabrın 19-da “Bakcell Arena”da Neftçi ilə Qəbələ komandalarının görüşü ilə yekun vurulacaq. Start fiti saat 17-də səslənəcək matçı FİFA referisi Əliyar Ağayev idarə edəcək.Oyunların hər üçü "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq.


Qeyd edək ki, Azərbaycan Premyer liqasında 12-cı tura dünən start verilib. İlk dəfə olaraq Bakı Olimpiya stadionu ölkə çempionatının oyununa ev sahibliyi edib. Qarabağ və Sumqayıt komandalarının duelində Ağdam təmsilçisi 30-cu dəqiqədən sonra 10 nəfərlə mübarizə apardığı matçı 2:0 hesabı ilə öz xeyrinə bitirib.

Xatırladaq ki, ardıcıl 3-cü qələbəsini qazanan Qarabağ həmin oyunlarda qapısını da toxunulmaz saxlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right