"Kəpəz" Gəncədəki məşqə itkilərlə çıxdı

Bu gün Azərbaycxan Premyer Liqasının 12-ci turu çərçivəsində Gəncə şəhər stadionunda “Səbail”i qəbul edəcək “Kəpəz” bu gün oyunun keçiriləcəyi arenada son məşqinə çıxıb.

 

Newsport.az-ın məlumatına görə, komandanın hazırlıq prosesi təxminən 45-50 dəqiqə sürüb. İsinmə təmrinlərinin yerinə yetirilməsi ilə başlayan məşq toplu çalışmalarla davam edib. Məşqin son bölümündə futbolçular taktiki tapşırıqlar və standart vəziyyətlər üzərində işləyiblər.

 

Qeyd edək ki, soyuqdəyməsi olan Ceyhun Cavadov qarşıdakı matçda iştirak edə bilməyəcək. Azad Kərimovun meydana çıxması isə sual altındadı. Yüngül zədəsi olan müdafiəçinin oynayıb-oynamayacağına sabah təkrar müayinədən sonra qərar veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right