Riçard Almeyda: "Çox çalışmalıyıq"

"Qarabağ" Azərbaycan Premyer Liqasının 12-ci turunda "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəlib.

 

Newsport.az-ın məlumatına görə, matçda ilk qolun müəllifi olan Ağdam klubunun yarımmüdafiəçisi Riçard Almeyda jurnalistlərin suallarını cavablandırıb. Milli komandamızın üzvü ilk olaraq oyun haqda danışıb:

 

- ÇL-də "Çelsi" ilə oyunöncəsi çempionat matçının burada keçirilməsi bizə yardım olacaq. "Sumqayıt"ı kiçiltmək istəmirəm, hörmətəlayiq komandadır. Biz öz oyunumuzu nümayiş etdirib qalib gəldik.

 

- Son turlarda "Qarabağ"ın oyunçuları tez-tez qırmızı vərəqələr alırlar. Bu haqda nə deyə bilərsən?

 

- Buna münasibət bildirməsəm, yaxşı olardı.

 

- "Çelsi" ilə oyun haqda düşüncələrin necədir?

 

- Çalışacağıq ki, layiqli oyun nümayiş etdirək. Çox çalışmalıyıq.

 

- BOS-da Premyer Liqa tarixinin ilk oyunu keçirildi və ilk qolu sən vurdun. Tarixə düşmək sənin nə dərəcədə əhəmiyyətlidir?

- Bunun mənim üçün elə bir önəmi yoxdur. Əsas odur ki, qələbə qazandıq və 3 xalı aktivimizə yazdırdıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right