"Qarabağ" BOS-da "Sumqayıt"ı məğlub etdi

Bu gün Azərbaycan Premyer Liqasının 12-ci turuna start verilib.

Newsport.az xəbər verir ki, turun ilk oyun günü “Qarabağ”  Bakı Olimpia Stadionunda “Sumqayıt”ı qəbul edib. Qarşılaşmanın ilk dəqiqəsindən matçda gərginlik son həddə olub. Oyunun 30-cu dəqiqəsində “Qarabağ”ın qapıçısı İbrahim Şehiç qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Lakin buna baxmayaraq, “köhlənatlar” ruhdan düşməyiblər. 10 nəfərlə hücuma atılan “qarabağlılar” qarşılaşmanın 41-ci dəqiqəsində hesabı açmağı bacarıblar. Riçard Almeyda  qonaqları meydanın mərkəzinə dəvət edib. İlk yarı bu hesabla başa çatıb. Azarkeşlər ikinci hissədə də baxımlı oyun izləyiblər.  Oyunun 61-ci dəqiqəsində meydan sahiblərinin afrikalı futbolçusu Dino Ndlovu komandasına qalibiyyət gətirən qolu vurub.

Qeyd edək ki, bu qələbə sayəsində “Qarabağ” zirvədəki yerini möhkəmləndirərək xallarının sayını 28-ə çatdırıb. “Sumqayıt” isə 16 xalla 4-cü yerdə qərarlaşır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right