Asif arzusuna çatdı: Qurban Qurbanovdan örnək addım FOTOLAR

"Qarabağ" Azərbaycan Premyer Liqasının 12-ci turunda "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib.
 
Newsport.az xəbər verir ki, oyundan sonra Qurban Qurbanov örnək addımı ilə diqqət çəkib. Təcrübəli mütəxəssis azyaşlı azarkeşlərdən biri ilə şəkil çəkdirib və onunla söbhət edib.
Belə ki, Şirinov Asif adlı azarkeş Quba rayonundan Qurban Qurbanovu görmək üçün paytaxtımıza gəlib. Matç başa çatdıqdan sonra fanat arzusuna qovuşub və Qurban Qurbanovla görüşmək ona qismət olub. O, çalışdırıcı ilə şəkil çəkdirib və bir müddət söhbət edib. Asif həmçinin, komandanın aparıcı üzvü olan Qara Qarayevlə də görüşüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right