"Neftçi"nin qış planı məlum oldu

"Neftçi" futbol klubunun qış hazırlıq planı müəyyənləşib. 

Newsport.az-ın məlumatına görə, flaqman Bakıda və Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı keçəcək. 

2018-ci il yanvarın əvvəllərində Bakıda bir araya gələcək "ağ-qaralar" bir müddət fiziki hazırlıq üzərində çalışacaqlar. Yanvarın ikinci yarısında isə komanda üzvləri Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yollanacaqlar. Antalyada texniki-taktiki tapşırıqlar üzərində çalışacaq "Neftçi"nin 5 yoxlama matçı keçirməsi də nəzərdə tutulub. Lakin hələlik toplanışın konkret tarixləri və rəqiblərin adları müəyyənləşməyib.

Qeyd edək ki, hazırda flaqman Azərbaycan Premyer Liqasında 11 oyundan 13 xalla 5-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right