“Kəpəz”in milliyə gedən futbolçuları qayıtdı

Noyabrın 18-də Gəncədə “Səbail” ilə qarşılaşacaq “Kəpəz” qarşıdakı oyuna hazırlığın Bakı hissəsini başa vurub.

Newsport.az saytının məlumatına görə, komanda bu gün keçirdiyi son məşqlə paytaxtdakı məşqləri tamamlayıb.

21 yaşadək futbolçulardan ibarət yığma komandanın tərkibində olmuş İlyas Səfərzadə ilə İlkin Sadıqov da dünəndən artıq düşərgəyə qoşulub. Hər iki futbolçu məşqlərdə iştirak edir.

Qeyd edək ki, “sarı-göylər” matç öncəsi sonuncu məşqi sabah Gəncədə keçirəcək. Hazırlıq prosesi saat 16:00-a təyin olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right