"Bakını tərk etməyəcəyik" - ZAUR AXUNDOV Müsahibə

Az'rbaycan Premyer Liqasında yaranacaq qış fasiləsində "Keşlə"nin hazırlıq planlarına aydınlıq gəlib. Klubun Müşahidə Şurasının sədri Zaur Axundov Sport24.az-a açıqlamasında dövrələrarası fasilədə təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanmayacaqlarını bildirib.

Newsport.az xəbər verir ki, o, qış hazırlıqlarını Bakıda keçirməyi planlaşdırdıqlarını söyləyib: "Azərbaycandan kənarda hazırlıq keçməyimiz nəzərdə tutulmayıb. Toplanışı öz bazamızda təşkil edəcəyik. Bunun üçün hər cür şəraitimiz var. Baxışa çağırdığımız yeni futbolçular da Bakıya gələcək. Əsas odur ki, bizə lazım olan futbolçuları cəlb edə bilək. Təbii ki, fasilə müddətində bir neçə yoxlama oyunu keçirəcəyik. Rəqiblər yerli klublar olacaq".

Qeyd edək ki, "Keşlə" Premyer Liqanın 12-ci turu çərçivəsində doğma meydanda "Zirə"ni qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right