Hər iki qarşılaşmada qonaqlar evə əliboş yollanır 1-ci Diviziyon

Bu gün Azərbaycan birinci Divizionunda 9-cu turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, iki gün davam edəcək tur çərçivəsində MOİK səfərdə “Binə”nin qonağı olub. “Şüvəlan” isə doğma meydanda “Xəzər”i qəbul edib. Hər iki qarşılaşmada ev sahibləri qonaqlara öz yerlərini göstərməyi bacarıb. Belə ki, “hərbiçilər” Binədə qəsəbəlilərin müqavimətini qırmaqı bacarmayıb. (0-1)  Timur Dadaşov 58-ci dəqiqədə  “Binə”yə qələbə gətirən qolu vurub. Günün digər matçında isə “Şüvəlan” “Xəzər”i evə əliboş yola salıb. (1-0)  “sarıqaralar”ın legioner futbolçusu Nuqzar Kvirtiya 28-ci dəqiqədə fərqlənib.

Qeyd edək ki, turun növbəti qarşılaşmaları sabah baş tutacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right