"AFFA-ya yalvarası deyildim ki..." Mirbağır İsayev

“Bu gün AFFA-nın baş katibi Elxan Məmmədovla görüşdük. Qarşılıqlı razılıq əsasında yığmadan ayrıldım".

Newsport.az xəbər verir ki, bu sözləri U-17 millimizdən istefaya göndərilən Mirbağır İsayev deyib.

O, işinə davam etmək istəsə də, AFFA-nın buna qarşı olduğunu bildirib: "Görüşün əvvəlində Elxan müəllimə dedim ki, siz baş katibsiniz, istənilən qərarınıza hörmətlə yanaşıram. O da mənə dedi ki, ikinci mərhələni keçə bilmədiyiniz üçün sizinlə yolları ayırmaq qərarına gəldik. Yəni, mən istefa verməmişəm. İstefa vermək mədəniyyətini də bilirəm. Lazım olsaydı, özüm çıxıb gedərdim. Mənə dedilər ki, biz belə qərar verdik, mən də vəzifəmdən ayrıldım. Qərarı onlar verdilər. Durub yalvarası deyiləm ki?” 

M.İsayev AFFA-nı yerli məşqçilərə güvənməməkdə ittiham edib: "Komandadan ayrılsam da, bilirəm ki, bu yığmada futbol oynamağı bacaran uşaqlar var. Düzdür, onlar hələ futbolçu deyillər, öyrənirlər. Amma gələcəkdə onları əsas millidə görəcəyimə əminəm. Digər tərəfdən, yığmaya bir nəfər də olsun milliləşdirilmiş legioner gətirmədim. Öz uşaqlarımızla mübarizə apardım. Sadəcə, başa düşmürəm, niyə əcnəbilərə 5-6 il vaxt verirlər, bizə yox. Bizim fəaliyyətimiz bir seçmə mərhələdən ibarət olur. Bir komandanı formalaşdırmaq üçün minimum 3 il lazımdır".

Qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right