"İnter"ə ciddi xəbardarlıq

AFFA Nizam İntizam Komitəsi növbəti iclasını keçirib.

Newsport.az xəbər verir ki, Qızlar yüksək liqasında keçirilən oyunlara hüquqi qiymət verilib.

“Baku City” – “İnter” matçının 27-ci dəqiqəsində qonaqların futbolçusu Roza Quliyeva hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Oyunun ikinci hissəsində “İnter” meydana çıxmadığına görə 0:5 hesablı texniki məğlubiyyət verilib. Komandanın baş məşqçisi Anar Vəliyevə isə xəbardarlıq olunub. Bu hal yenidən baş verəcəyi təqdirdə daha ağır sanksiya tətbiq olunacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right