"Qəbələ"də zədəlilər heyətə dönüb

Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində səfərdə “Neftçi” ilə qarşılaşacaq “Qəbələ” bu oyun üçün hazılıqları davam etdirir.

Newsport.az xəbər verir ki, Roman Qriqroçuk "qırmızıqaralar"la  görüşdə uzun müddətdi zədədən əziyyət çəkən Filip Ozobiçin xidmətindən yararlana biləcək. Belə ki, yenidən məşqlərə başlayan xorvatiyalı futbolçu çətin rəqiblə oyunda komandasına kömək edə biləcək. Bundan başqa, digər zədəlilər – Ruslan Qurbanov və Baqali Dabo da heyətə qayıdıb. Vitali Vernidub isə fərdi şəkildə məşq edir. Onun  növbəti oyunda meydana çıxmaq şansı azdı. 

Qeyd edək ki,  qarşılaşma noyabrın 18-i saat 17:00-da  Bakcell Arenada start götürəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right